HƏMAS lideri də, Nəsrullah da İranın razılığı ilə qətlə yetirilib – TÜRK GENERALI

İran səmimi, həqiqi heç bir addım atmaz. Nəsrullahın da öldürülməsinə cavab olaraq hansısa tədbir görməyəcək. Çünki İran dövləti bu baş verənlərin hamısından xəbərdardır. Tehran hökuməti öz ərazisinə, torpaqlarına heç nə olmaması, təhlükənin daxili sərhədlərinə gəlib çatmaması üçün onları qurban verir.

 

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Hizbullah lideri Həsən Nəsrullahın ölüm xəbərləri və İranın mümkün cavabı haqda danışarkən deyib.

 

O bildirib ki, Tehran rejimi ənənəvi siyasətinin davamı kimi bundan sonra da maliyyələşdirdiyi silahlı qruplaşmaların yeni rəhbərlərindən fiqur kimi istifadə edəcək: “İranın məlumatı, nəzarəti və təsdiqi olmadan hansısa hadisənin baş verməsi, məncə, mümkün deyil. “Hizbullah” liderinin yeri ilə əlaqədar bütün məlumatlar bəllidir. İqamətgahı bəlli olduğu halda belə bir hadisənin baş verməsi heç bir məntiqə uyğun gəlmir. Sadəcə olaraq İran üçün bu fiqurların dəyişmə vaxtı gəlmişdi. Tehran hökuməti öz ideologiyasına, “fars hilalı”na, imperialist idarəetməsinə boyun əyəcək, xidmət göstərəcək yeni fiqurlarla yoluna davam edəcək. Ona görə ki, adıçəkilən liderlər uzun müddətdir vəzifədə idi və ara-sıra İranın nəzarətindən kənara çıxırdılar. Bir sözlə, öncə Haniyə (HƏMAS Siyasi Bürosunun rəhbəri – red.), indi isə Nəsrullahın öldürülməsi bu qruplaşmanın sonunu gətirməz. Qruplaşma yeni aktorlarla fəaliyyətinə davam edəcək. Öldürülən insanların yerinə gətirilənlər də İran nəzarətində, Tehran hökumətinin idarəetməsi altında, fars ideologiyasına xidmət edəcək. Bunların hamısı razılaşdırılmış döyüşlər, nəzarət çərçivəsində sərgilənən davranış şəklidir. Ona görə də düşünmürəm ki, İran buna çox sərt reaksiya versin”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.