Hərbi prokuror Orduda 1992-2004-cü illərdə törədilmiş ağır cinayətlər haqda: YENİDƏN ARAŞDIRILIB, BƏZİ ŞƏXSLƏR İFŞA OLUNUB

Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlərin istintaqı yenilənməklə araşdırılıb.

 

Senzor.az bildirir ki, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin “Respublika” qəzetində dərc olunmuş məqaləsində belə deyilir.

 

Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb: “Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib”.

 

X.Vəliyev vurğulayıb ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də prosessual qanunvericiliyə uyğun olaraq məharətlə həyata keçirilmiş rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb: “Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.