İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün İrəvana gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə birinci vitse-prezidentin informasiya portalında məlumat verilib.
Məlumata görə, Məhəmməd Rza Arif Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasında iştirak edəcək.
İran rəsmisi bir günlük səfər çərçivəsində iclasda iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.