Yens Stoltenberq getdi - NATO-nun YENİ BAŞ KATİBİ ƏSAS PRİORİTETLƏRİNİ ELAN ETDİ

Niderlandın sabiq baş naziri Mark Rütte on il ərzində NATO-nun Baş katibi postunu tutan norveçli Yens Stoltenberqi əvəz edib.

 

Senzor.az bildirir ki, səlahiyyətin təhvil verilməsi mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

 

Səlahiyyətlərini təhvil verən Yens Stoltenberq 2014-cü ildə Alyansa rəhbərlik etməyə başlayanda NATO-nun “Ukraynaya yalnız kiçik dəstək verdiyini, lakin indi bu dəstəyin kütləvi olduğunu və koordinasiya üçün xüsusi qərargahın yaradıldığını bildirib.

 

Vəzifəni təhvil alan Mark Rütte isə Ukrayna müharibəsini və Alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini deyib.

 

“Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”, - deyə NATO-nun 14-cü Baş katibi vurğulayıb.

 

Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir.

Yeni Baş katib Alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını da elan edib.

 

Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaqlar, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin” həlli üçün pulsuz alternativ yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.