Oktyabrın 8-də Türkiyə Böyük Millət Məclisində (TBMM) Yaxın Şərqdəki durumla bağlı növbədənkənar iclas keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toplantıda bölgədə baş verən son hadisələr və Türkiyənin mövqeyi müzakirə olunacaq.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də çıxış edəcəklər.