İsrail artıq Ukraynaya hava hücumları üçün erkən xəbərdarlıq sistemlərini verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
“İsrail öhdəliklərini yerinə yetirdi və verilməli olan hər şeyi təhvil verdi. Ukrayna strukturları ağıllı hava hücumu xəbərdarlığı sisteminin tətbiqinə cavabdehdir”, - Brodski bildirib.