Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub.
Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.