Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Senzor.az bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
"Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq", - o vurğulayıb.
**15:53
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Paşinyan sabah Moskvada MDB dövlət başçılarının növbəti iclasında iştirak edəcək.
Bu arada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Onun sözlərinə görə, danışıqlar MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçiriləcək iclasından əvvəl aparılacaq.