Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyaya rəsmi səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfərlər zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərinə baxılmasını və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin müzakirəsini nəzərdə tutur.

 

Ərdoğan səfər çərçivəsində hər iki ölkədə həmkarları ilə təsis olunmuş yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın iştirakı ilə Balkan yarımadasında Türkiyənin maliyyələşdirdiyi ən böyük məscid olan Tirana Namazgah məscidinin açılışını edəcək.

 

Türkiyə lideri sonra Belqrada gedəcək və Serbiya Prezidenti Aleksandar Vuçiçlə biznes forumda iştirak edəcək. Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarını inkişaf etdirmək məqsədilə müxtəlif sazişlərin imzalanması da planlaşdırılır. 

 

Danışıqlar zamanı həmçinin cari qlobal və regional məsələlər, o cümlədən Balkan yarımadasındakı hadisələr, eləcə də Yaxın Şərqdəki gərginliklə bağlı fikir mübadiləsi nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.