Bakıda müasir mediada yeni trendlərlə bağlı konfrans keçirilir - FOTO

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilir.

 

Senzor.az bildirir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən konfransda qurumun İdarə Heyətinin üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyektlərinin baş redaktorları iştirak edirlər.

 

Konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu, dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər - inzibati və hüquqi modellər, Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, sosial media ilə rəqabətdə mediadan gözləntilər, ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzularında çıxışlar və təqdimatlar nəzərdə tutulub.

 

Tədbirdə aparılacaq müzakirələrin yekununda, həmçinin Azərbaycan mediasına zəruri mesajların əksini tapacağı tövsiyə mətninin də açıqlanacağı planlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.