“Milton” qasırğası ABŞ-a minimum 50 milyard dollar ziyan vurub – BAYDEN FƏLAKƏT ZONASINA GEDİR
VİDEO

“Milton” qasırğasından sonra ABŞ-ın Florida ştatına dəyən zərər minimum 50 milyard dollar dəyərində qiymətləndirilə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

 

"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyan vurub", - deyə ABŞ Prezidenti qeyd edib.

 

C.Bayden onu da qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.

 

Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğası oktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığında Florida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193 (bəzi məlumatlara görə 290-300) km/saata çatıb.

 

Qasırğa nəticəsində, son məlumatlara görə, azı 17 nəfərin öldüyü bildirilir.

 

Bu arada məlum olub ki, Co Bayden qasırğadan zərər çəkmiş Floridaya səfər edəcək.

 

“Bazar günü, oktyabrın 13-də Prezident “Milton” qasırğasından zərər çəkmiş əraziləri ziyarət etmək üçün Floridaya gedəcək”, - deyə Ağ Evin yaydığı məlumatda vurğulanıb.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.