Fransada təhsil alan azərbaycanlı tələbələrin növbəti Forumu keçirildi - LEYLA ABDULLAYEVA TƏDBİR İŞTİRAKÇILARINA ÇAĞIRIŞ ETDİ
FOTO

Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və “ALİM” Elmi Assosiaisyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Fransada təhsil alan azərbaycanlı tələbələrin növbəti Forumu keçirilib.

 

Senzor.az bildirir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən forumda səfir Leyla Abdullayeva, eləcə də Paris və digər şəhərlərdəki ali təhsil ocaqlarında süni intellekt, kibertəhlükəsizlik, kimya mühəndisi, xarici dillər, kommunikasiya və digər peşələr üzrə təhsil alan yüzdən artıq azərbaycanlı tələbə iştirak edib.

 

Tədbirdə çıxış edən səfir L.Abdullayeva Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolunun daha da yüksəlməsi və möhkəmlənməsindən danışıb. O, ölkəmizin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi mövqeyini tələbələrə çatdırıb. Böyük güclərin ölkəmizlə bağlı geosiyasi maraqlarından, ölkəmizə qarşı qərəzli mövqelərindən söz açan səfir Azərbaycanın müstəqil xarici siyasətindən bəhs edib. Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetindən söz açan səfir onlardan birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, həmin prioritetə uyğun olaraq, bu istiqamətdə işlər aparıldığını qeyd edib.

Səfir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadını əks etdirir. O, Fransada Azərbaycan haqqında yanlış, reallıqdan kənar məlumatların yayılmasına təəssüf edib. L.Abdullayeva tələbələri oxuduqları təhsil ocağında Azərbaycan barədə həqiqətləri çatdırmağa dəvət edib. 


Azərbaycan Respublikasının Fransadakı konsulu Nərgiz Tağızadə konsulluq işləri ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

 

“Alim” Elmi Assosiasiyasının sədri Günel Səfərova assosiasiyanın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Forum çərçivəsində Fransada doktorantura üzrə təhsili alan azərbaycanlı tələbələr Kübra Bayramova, Səid Paşayev, Ülvi Bağıyev "Yaşıl dünya naminə həmrəylik" mövzusu üzrə təqdimatlar ediblər. Onlar qlobal istiləşmə, havaya buraxılan karbonun həcmi və iqlimə təsiri, Azərbaycanın karbon siyasəti, "Yaşıl dünya" naminə atılan addımlar barədə danışıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.