ABŞ İsrailə yüksək hündürlükdə raketdən müdafiə sistemi THAAD ("Terminal High Altitude Area Defense") verəcək.
Bu barədə “Ynet” xəbər yayıb.
"ABŞ regionda gərginliyin artması fonunda İran tərəfindən ballistik raketlərlə potensial hücumu dəf etmək üçün THAAD-ı İsrailə verəcək", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 1-də axşam İran İsrail ərazisinə kütləvi raket zərbəsi endirib. Tehran bildirib ki, raketlərin 90 % -i nəzərdə tutulan hədəfləri uğurla vurub, lakin İsrail iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib.
İsrailin müdafiə naziri Yoav Qalant isə 4 gün əvvəl xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana "ölümcül” zərbə vuracaq. Amma o, konkret vaxt göstərməyib. Sadəcə əlavə edib ki, bu o qədər gözlənilməz və sürətlə baş verəcək ki, iranlıların heç nə anlamağa vaxtları olmayacaq.