Seçki ərəfəsində Bayden və Harris komandaları arasında fikir ayrılıqları – NƏ BAŞ VERİR və TRAMP BU SİTUASİYADAN NECƏ İSTİFADƏ EDİR?
VİDEO

ABŞ Prezidenti Co Bayden administrasiyası ilə vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentlik yarışındakı komandası arasında münasibətlər seçki yaxınlaşdıqca gərginləşir.

 

Bu barədə “Axios” portalı öz mənbələrinə istinadən xəbər verir.

 

Məlumata görə, Baydenin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsinə kömək etmək istəyir, lakin Prezidentin ətrafının çoxu onun yenidən seçilməkdən imtina etmək məcburiyyətində qalmasından narazıdır.

 

Məqalədə qeyd olunur ki, Ağ Ev Harris kampaniyası ilə lazımi səviyyədə koordinasiya etmir. Beləliklə, Baydenin son mətbuat konfransı Harrisin Miçiqanda etdiyi mühüm çıxışla üst-üstə düşdü və bu, Amerika mediasında xanım namizədin çıxışına diqqətin azalmasına səbəb olub.

 

Bundan əlavə, Ağ Evdə bəzi administrasiya işçilərinin Harrisin seçki qərargahına köçürülməsindən narazı olanlar var.


Ekspertlərin fikrincə, digər namizəd Donald Tramp təcrübəli siyasətçi kimi yaranmış situasiyadan öz mövqeyini möhkəmləndirmək üçün məharətlə istifadə edir və deyilənə görə, bu onda heç də pis alınmır...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.