"3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
TRT Haber bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib.
İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılıb.
Gürcüstan isə "3+3" platformasında iştirak edə bilməyəcəyini açıqlayıb.
"3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin ikinci iclası isə 23 oktyabr 2023-cü ildə Tehranda keçirilib.