Rusiya “Şahid-136” tipli hücum pilotsuz təyyarələrini modernləşdirib.
Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu Ukraynanın hava hücumundan müdafiə bölməsində işləyən hərbçiyə istinadən məlumat yayıb.
“Kamikadze dronları indi daha yüksəyə qalxa bilir və daha yüksək sürətə malikdir. Əvvəllər “şahidlər” çox yavaş sürətə malik idi, manevr etməkdə çətinlik çəkirdi və yalnız aşağı hündürlükdə uça bilirdi.
Ukrayna da kamikadzeləri vurmaq üçün avadanlıq və taktikalarını təkmilləşdirib”, - mənbə bildirib.
Daha ətraflı videomaterialda: