İsrail ordusunda inanılmaz olay: 140 HƏRBÇİ DÖYÜŞDƏN İMTİNA ETDİ!

İsrail ordusunda müxtəlif vəzifələrdə xidmət edən 140-a yaxın hərbçi xidmətdən imtina edib.

 

Bu barədə “Yerusəlim Post” məlumat yayıb.

 

Qeyd olunub ki, hərbçilər imzaladıqları müraciətdə Qəzzada davam edən dəhşətin girovların həyatını ciddi təhlükəyə atdığını bildiriblər. Onlar hökumətin girovlarla bağlı danışıqlarda razılaşma əldə etməyəcəyi təqdirdə xidmət etməyəcəklərini elan ediblər.

 

Məktubu imzalayanlardan bəziləri hərbi xidməti artıq dayandırdıqlarını, bəziləri isə hökumətin hansı addım atacağını gözlədiklərini vurğulayıb.

 

“Həyatımızı riskə ataraq, sədaqətlə xidmət edənlər kimi bəyan edirik ki, hökumət dərhal istiqamətini dəyişməsə və girovların evlərinə qaytarılması üçün sövdələşmə əldə etməsə, xidmətə davam edə bilmərik. Qəzzada müharibə girovlar üçün ölüm hökmüdür, bu gün Qəzzada müharibənin davam etdirilməsi təkcə girovların qaytarılmasını gecikdirmək deyil, həm də onların həyatlarını təhlükə altına almaqdır”, - Baş nazir, müdafiə naziri və ordu rəhbərliyinə göndərilən məktubda qeyd edilib.

 

Məktubu imzalayanlardan biri – adının çəkilməsini istəməyən zabit nəşrə bildirib ki, o, ehtiyatda olub və 7 oktyabr 2023-cü il qırğınından dərhal sonra orduya qayıdıb, tank bölməsində xidmət edib, bir müddətdən sonra isə tank bölüyü komandirinin müavini təyin edilib.

 

Onun sözlərinə görə, müharibənin genişlənməsinə və İordan çayının qərb sahilinə göndərilməsinə etiraz edərək, xidməti dayandırıb.

 

Zabit bu imtinasının səbəbinin insan haqları ilə bağlı olduğunu deyib: “Mən hiss edirəm ki, bu müharibə bitməyən mənasız bir müharibəyə çevrilir. Aydındır ki, bizi mənasız və strategiyası olmayan müharibəyə aparan mühüm qüvvələr var”.

 

O əlavə edib ki, bu qüvvələr insan, o cümlədən girovlar və ərazidə yaşayanlar, eləcə də əsgərlərin həyatına dəyər vermir.

 

Zabitin sözlərinə görə, çox sayda əsgər var ki, onlar İsrail dövlətinin onlara xəyanət etdiyini düşünür: “Onlar bizim hərbi maraqlarımıza açıq-aydın xidmət etməyən bir şeyə görə ödədikləri qiymətin yüksək olduğunu düşünürlər”.

 

Axar.az vurğulayır ki, nəşrə açıqlama verən bir çox zabitlər də oxşar fikirlər söyləyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.