Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Senzor.az DGK-ya istinadən bildirir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.