Ərdoğan: Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirmək əzmində olduğunu bildirib.

 

Senzor.az bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasının Trabzon vilayətində funksionerləri qarşısında çıxış edən dövlət başçısı terror probleminin Türkiyənin gündəmindən çıxarılacağına əminliyini ifadə edib.

 

“Rəsmi Ankara ölkədə sabitliyin pozulması, qarşıdurma və gərginliyin artırılması cəhdlərinə qarşı yaxşı düşünülmüş siyasət yürüdür. Terrorun mənbəyində məhv edilməsi strategiyası öz bəhrəsini verir”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçularla mübarizə bu siyasətin bir hissəsidir. “PKK terrorçuları Türkiyənin cənub sərhədlərindən qovulub. Digər terror təşkilatı DAEŞ də məğlub olub”, - deyən Ərdoğan təkcə 2024-cü ildə bölgədə 40 terror təşkilatı liderinin məhv edildiyini diqqətə çatdırıb.

 

Prezidentin çıxışı ilə paralel olaraq Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında 36 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

 

Nazirliyin məlumatına görə, 32 yaraqlı Suriya ərazisində, daha 4-ü isə İraqda məhv edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.