Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan yayıb.
“Hava şəraitinin pisləşməsi səbəbindən minik və sərnişin nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb”, – deyə Akopyan bildirib.
Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru yoldur.