ABŞ Konqresi 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərində respublikaçı Donald Trampın qalib gəldiyini təsdiqləyib.
Senzor.az bildirir ki, qanunverici orqanın hər iki palatasının birgə iclasına konstitusiyaya əsasən Senatın sədri olan ABŞ vitse-prezidenti Kamala Harris sədrlik edib.
Xatırladaq ki, Harris seçkilərdə həm də Trampın əsas rəqibi olub.
İclasda ölkənin bütün 50 ştatı və Kolumbiya dairəsi tərəfindən təqdim edilən təsdiq olunmuş seçki nəticələri elan edilib. Səsvermə nəticələrinə dair sənədlər xüsusi qırmızı qutularda təqdim olunaraq əlifba sırasına uyğun oxunub.
Yeni seçilmiş vitse-prezident Ceyms Devid Vens iclasda iştirak etsə də, Donald Tramp tədbirdə görünməyib.