Almaniya XİN başçısı ona əl uzatmayan Suriya rəhbərliyinə ultimatum verdi
FOTO

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Berbok Berlinin Suriyaya dəstəyini ölkənin yeni hakimiyyətinin qadın hüquqlarına münasibətindən asılı olduğunu bəyan edib.

 

Bu barədə "Die Welt" nəşri məlumat yayıb.

 

"Əgər Suriyada qadınlar təhlükəsizlikdə olmayacaqsa, milyonlarla təhsilli kişi və qadın ölkənin bərpası üçün heç vaxt vətənə qayıtmayacaq", - deyə o bildirib.

 

Berbok Suriyaya səfəri zamanı ölkənin yeni hakimiyyətinə qadın hüquqları pozulacağı təqdirdə Dəməşqin Avropa İttifaqından maliyyə dəstəyi almayacağını da vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 3-də Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə elan olunmamış səfər edən Almaniya XİN rəhbəri ilə əl sıxmaqdan imtina ediblər. Yayımlanan videoda Berbokun hökumət təyyarəsinin trapından birinci düşərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşdığı görünür. Suriyalı siyasətçilər görüş zamanı əllərini sinələrinə qoyaraq nazirlə əl sıxmaq niyyətində olmadıqlarını aydın şəkildə göstəriblər. Bir an sonra onlara alman nümayəndə heyətindən olan kişi yaxınlaşır və suriyalılar, əksinə, həvəslə ona əl uzadırlar.

 

Daha sonra Suriyanın yeni hakimiyyəti Dəməşqdəki görüşün nəticələrinə dair dərc etdiyi görüntülərdə Berboku tamamilə "blur"laşdırıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.