Bir gecə qəfildən gələ bilərik! – ƏRDOĞANDAN NÖVBƏTİ SƏRHƏDSİZ ƏMƏLİYYAT MESAJI...
VİDEO

“Bir gecə qəfildən gələ bilərik”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında deyib.

 

“Terrordan azad Türkiyə məqsədinə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Arxasında terror və terrorçu olan siyasət yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə verməz. Separatçı təşkilat üçün dairə daralır.

 

Biz Suriyanın parçalanmasına və onun unitar strukturunun məhvinə razı deyilik. Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən (anidən) yenidən gələ bilərik. Necə ki, o arxlarda kantonizm arxasınca gedənləri qazdıqları xəndəklərdə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat bədəlini ödəyəcəklər. Terrorizmi və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Açıq söyləyirəm, heç bir güc buna mane ola bilməz”, - Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, Türkiyə lideri əvvəllər də belə mesajlar verib və onların proseslərə böyük təsiri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.