Sosial şəbəkələrdə Bakı metrosunda gediş haqlarının artırılacağı barədə xəbərlər yayılıb. İddia olunur ki, gediş haqqı 50 qəpikdən 55 qəpiyə qaldırılacaq.
Senzor.az bildirir ki, "Bakı Metropoliteni" QSC-dən məsələ ilə bağlı KİV-in sorğusuna cavab verilib.
Bildirilib ki, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqı sonuncu dəfə ötən ilin iyun ayında qaldırılıb. Qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası verib.