DSX mayoruna hücum insidentində adı hallanan dünya çempionu hər iki vəzifəsini itirdi – SABAH XÜSUSİ İCLAS KEÇİRİLƏCƏK
FOTO

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

 

Oxu.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. 

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.

 

Xatırladaq ki, Ramal Aslanovun vəzifəsindən azad edilməsi barədə ilk məlumatı 32gun.az yayıb.

 

Bu arada o da məlum olub ki, idmançılar arasındakı insidentlə bağlı Kikboksinq federasiyasının xüsusi iclası keçiriləcək. 

Bununla bağlı federasiyanın baş katibi İlkin Məsimzadə məlumat verib.

 

"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə o bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.