ATƏT PA prezidenti Gürcüstana səfərini təxirə saldı

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb.

 

Senzor.az bildirir ki, bu barədə Pia Kauma “X” sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib: “Müzakirələr və məsləhətləşmələr nəticəsində Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakı ilə daha təsirli ola biləcək bir vaxta qədər təxirə salmaq qərarına gəldim. Biz hamını dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq”.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson Pia Kaumanı Gürcüstana səfər etməməyə çağırmışdı. Uilson ATƏT PA-nın sədrinə açıq məktubunda Gürcüstan rəsmilərinin bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcəyini bildirmişdi. 

 

“ABŞ vergi ödəyicilərinin pulu qeyri-legitim hökumətin tanınması üçün istifadə edilməməlidir”, - deyə Uilson qeyd etmişdi.

 

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili isə bunun Gürcüstanın avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığı olduğunu bildirmişdi. 

 

“ATƏT PA sədri Pia Kauma, bu, Gürcüstanda sabitlik, demokratiya və insan haqlarının qayğısına qalan Gürcüstanın bütün avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığıdır. Sizin yeganə hədəfiniz bu olmalıdır ki, ATƏT tövsiyələri əsasında yeni seçkilər keçirilsin”, - Zurabişvili vurğulamışdı.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.