Xəbər verildiyi kimi, Tramp administrasiyası ABŞ əsgərlərini Suriyadan çıxarmağa hazırlaşır. Bu prosesin Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirildiyi iddia edilir.
Publika.az xəbər verir ki, ABŞ-ın bu qərarı İsraildə təşviş yaradıb.
Xarici diplomatik mənbələrdən verilən məlumata görə, Amerika qoşunlarının Suriyadan çıxarılması prosesində Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət edir.
Məlumata görə, Tramp şərt irəli sürüb ki, ABŞ qoşunlarını Suriyadan Türkiyənin İsraillə münasibətlərini yaxşılaşdırması müqabilində çıxaracaq.
İsrail Baş nazirinin ofisi ABŞ-ın Suriyadakı hərbi mövcudluğu ilə bağlı planlarını şərh etməkdən yayınıb.