Amerikalı sahibkar İlon Mask ABŞ-ın USAID Beynəlxalq İnkişaf Agentliyini sonu gəlməli olan cinayət təşkilat adlandırıb.
Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"USAID cinayətkar təşkilatdır. Onun məhv olmaq vaxtı gəlib çatıb", - milyarder bildirib.
Ayrı bir paylaşımında o, agentliyi ABŞ-a nifrət edən “radikal solçu marksistlərin ilan yuvası” adlandırıb.