Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində Aleksandr Lukaşenkonun qələbəsini təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilən qərara əsasən, Belarusda prezident seçkisi baş tutmuş hesab edilib. MSK həmçinin Aleksandr Lukaşenkonun respublika prezidenti vəzifəsinə seçilmiş hesab edilməsi barədə qərar qəbul edib.
Qeyd olunub ki, hazırkı dövlət başçısı 86,82% səs toplayıb və bu, Lukaşenkonun prezidentliyi dövründə rekord göstəricidir.