Tbilisidə dəyişiklik yoxdur: ETİRAZLAR DAVAM EDİR
VİDEO

Gürcüstanda etirazlar 72 gündür ki, davam edir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fevralın 7-si axşamdan Tbilisidə saxlanılan etirazçıların azad edilməsi tələbi ilə növbəti yürüş keçirilir.

 

Yüzlərlə insan Gürcüstan İctimai Televiziyasının binası yanına toplaşıb və oradan parlamentə doğru istiqamət alıb. Aksiya iştirakçıları arasında cinayət törətməkdə şübhəli bilinərək saxlanılaraq həbsdə olan 49 vətəndaşın qohumları, dostları və silahdaşları da var.

 

Etirazçılar əllərində saxlanılanların fotoşəkilləri olan plakatlar daşıyırlar. Onlar “Gürcüstan, ayağa qalx!”, “Ədalət yox, sülh yoxdur!” şüarları səsləndirirlər.

 

Eyni vaxtda,  Gürcüstan hökumətinin dəftərxanası qarşısında da etiraz aksiyası keçirilir. Jurnalistlər "Batumelebi" və "Netgazeti" müstəqil nəşrlərinin həbsdə olan təsisçisi Mzia Amaqlobeli ilə həmrəy olaraq oraya toplaşıblar. O, etiraz aksiyası zamanı onu təhqir etdiyini söyləyən Batumi polis rəisinə şillə vurduqdan sonra istintaq təcridxanasındadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.