Yunanıstan Ermənistana S-300 zenit-raket kompleksləri verəcək? - RƏSMİ AÇIQLAMA

Yunanıstanın Milli müdafiə naziri Nikos Dendias, Ermənistana "S-300" zenit-raket komplekslərinin verilməsi ilə bağlı planların olduğunu iddia edən məlumatları təkzib edib.

 

Senzor.az erməni mənbələrinə istinadən bildirir ki, Dendias, 2024-cü ilin dekabr ayının ortalarında "Yunan həlli" partiyasının lideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verib.

 

"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin hər hansı bir nöqtəsində ölkənin müdafiə qabiliyyətinin tam şəkildə qorunub saxlanılmasıdır", - Dendias bildirib.

 

Xatırladaq ki, daha əvvəl enikos.gr portalı Yunanıstanın Ermənistana "S-300", "TOR-M1" və "Osa-AKM" zenit-raket komplekslərini təhvil verəcəyi barədə məlumat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.