Rəşad Nəbiyev: "Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq"

Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq.

 

Senzor.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

 

Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq: "Bu təkcə bizim üçün deyil, həm də MDB regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün unikal olacaq. Buna görə qlobal texnologiya şirkətləri Azərbaycanı öz təyinat məkanları olaraq seçirlər".

 

Nazir bildirib ki, Azərbaycanda "MyGov Biznes Platforması" da istifadəyə veriləcək.  Onun sözlərinə görə, hazırda təxminən 2 milyon Azərbaycan vətəndaşı "MyGov" platformasından aktiv istifadə edir: "Biz yaxın aylarda ABŞ şirkəti ilə birgə "MyGov Biznes Platforması"nı istifadəyə verəcəyik. Bu da bizneslərimizə bütün dövlət xidmətlərinə bir pəncərədən tam giriş imkanı verəcək".

 

O həmçinin qeyd edib ki, SİMA biometrik imzası hazırda təxminən 3,3 milyon istifadəçiyə malikdir və Azərbaycan bu texnologiyanı gündəlik həyatında aktiv şəkildə istifadə edən az sayda ölkələrdən biridir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.