ABŞ 66 beynəlxalq təşkilatdan çıxdı - VİDEO

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib.

 

"Bu təşkilatların çoxu ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir", - sənəddə təşkilatların tam siyahısı verilmədən bildirilir.

 

Bəyanatda qeyd olunur ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə milyardlarla pul xərcləyiblər, halbuki az gəlir əldə ediblər.

 

Ağ Evin mətbuat xidməti qeyd edib ki, Donald Trampın ikinci müddətinin əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından və Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.