
Beyləqan rayonunun Allahyarlı kəndində "Lada" markalı minik avtomobili idarəetməni itirərək kanala düşüb, xəsarət alanlar var.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib. Onlar avtomobildə köməksiz vəziyyətdə qalan, ikisi azyaşlı olmaqla, dörd nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.