
“İranda etirazçılara qarşı təzyiqlər davam edərsə, Tramp bu ölkənin dini lideri Ayətullah Əli Xameneini öldürəcək".
Bunu ABŞ senatoru Lindsi Qraham “Fox News”a müsahibəsində deyib.
O, İranda baş verən son hadisələri "nasist rejimindən qurtulmaq üçün Yaxın Şərq tarixində ən böyük dəyişiklik" kimi təsvir edib.
“Ayətullahlar, bunu başa düşməlisiniz ki, daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, ABŞ prezidenti Donald Tramp da sizi öldürəcək”, - deyə Qraham vurğulayıb.