Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-dəki fəaliyyətini müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Görüş zamanı regional və beynəlxalq məsələlər, o cümlədən Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, dialoqun, sabitliyin və əməkdaşlığın təşviqində ölkəmizin rolu barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, çoxtərəfli diplomatiyaya, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfə vurğulanıb.

 

Görüşdə Azərbaycanın donor ölkə kimi fəaliyyəti və həyata keçirdiyi humanitar təşəbbüslər də müzakirə olunub.

 

Tərəflər qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə də toxunublar. Bu xüsusda Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional bağlantılılıq sahələrində artan rolu qeyd edilib.

 

Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində son irəliləyişlər, Cənubi Qafqazda etimad quruculuğu istiqamətində görülən işlər barədə məlumat verib.

 

Nazir, qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını dəstəkləyən genişmiqyaslı bərpa və yenidənqurma işləri, həmçinin minatəmizləmə fəaliyyəti barədə də məlumatlandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.