
İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: "İran danışıqlar masasından ayrılmayıb. Sadəcə İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-a etibar etmir".
"İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək", - Pezeşkian vurğulayıb.
Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.
