
Azərbaycan neftinin qiyməti artıb.
Senzor.az bildirir ki, “Azeri Light” markalı neftin bir bareli 8,04 dollar və ya 6,42 faiz bahalaşaraq 133,23 dollar olub.
Yeri gəlmişkən, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Onu da qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.