
ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun üçüncü ildönümündə bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında D. Tramp özü məlumat verib.
ABŞ Prezidenti Netanyahuya və İsrail xalqına xoş arzularını çatdırdığını deyib.
“Qarşı tərəf bu hücumlara görə çox böyük qiymət ödəyir”, – deyə Donald Tramp əlavə edib.