Zelenski: Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100 yaralı var... - VİDEO

Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.

 

"Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, "Shahed"lər. Gündüz saatlarında "Shahed"lər və aviasiya bombaları ilə yeni zərbələr endirildi", – o bildirib.

 

Ukrayna lideri Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinin, habelə hava hücumundan müdafiə daxil olmaqla, Ukraynaya dəstək üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

 

"Biz tərəfdaşlardan operativ tədarüklərə və kifayət qədər istehsalın təmin olunacağına böyük ümid edirik. Qərar qəbul edən bütün tərəflərlə daim əlaqə saxlayırıq. Tədarük qrafikinə əməl olunmalıdır", – o yekunlaşdırıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.