Ukrayna 2500 kilometr məsafədən Rusiyanın ən böyük neft emalı zavodunu vurdu
VİDEO

Ukrayna ordusu sərhəddən təxminən 2500 kilometr məsafədə yerləşən Rusiyanın Omsk neft emalı zavoduna dronlarla zərbə endirib.

 

Bu barədə “The Moscow Times” məlumat yayıb.

 

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, bölgə Ukraynanın dron hücumuna məruz qalıb.

 

Omsk sakinləri hücumdan sonra neft emalı zavodunun yaxınlığında bir neçə partlayış baş verdiyini bildiriblər.

 

Ukrayna sərhədindən təxminən 2500 kilometr məsafədə yerləşən müəssisə Rusiyanın ən böyük neft emalı zavodudur. O, “Qazprom Neft” şirkətinə məxsusdur və ildə 22 milyon tona qədər neft emal edə bilir.

 

Zavod Rusiyada istehsal olunan hər altı litr benzindən birini və ekoloji cəhətdən beşinci sinfə aid dizel yanacağının hər altı litrindən birini istehsal edir.

 

Ukrayna dronları bu neft emalı zavoduna ilk dəfə iyulun 6-da zərbə endirib. Hücum nəticəsində müəssisədə neftin ilkin emalı qurğuları zədələnib və bu səbəbdən zavod fəaliyyətini dayandırıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.