
Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Senzor.az bildirir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prado" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.
İlkin versiyaya görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
