Gürcüstanda azərbaycanlılar yaşayan kənddə
İKİ QARDAŞ ÖLDÜRÜLDÜ

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsinin azərbaycanlıların yaşadığı Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, üç qardaşa odlu silahdan atəş açılıb.

 

Onlardan ikisi hadisə yerində həyatını itirib, üçüncü qardaş isə qaçaraq xilas ola bilib. Kənd sakinlərinin sözlərinə görə, qardaşlar uzun illər Rusiyada yaşayıblar və bir müddət əvvəl kəndə qayıdıblarmış...

 

Məlumata əsasən, hadisə qardaşlar qohumlarının toyuna gedərkən baş verib. Ehtimala görə, kənd sakinlərindən biri onlara pusqu quraraq atəş açıb.

 

Qətlin dəqiq səbəbi hələ məlum deyil. İlkin ehtimallar arasında qisas və uzun illərdir davam edən münaqişə də var.

 

Qeyri-rəsmi məlumatlara görə, şübhəli şəxs polis tərəfindən saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.