Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Fələstin Dövləti Azərbaycana siyasi, humanitar, təhsil və mədəniyyət sahələrində göstərdiyi dəstəyə görə təşəkkür edib.

 

Senzor.az bildirir ki, bununla bağlı Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi bəyanat yayıb.

 

Qeyd olunub ki, Azərbaycan beynəlxalq platformalarda Fələstinin dövlətçilik hüququnu və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaradılmasını dəstəkləyir.

 

Bildirilib ki, 2025-ci ilin sentyabrında Qəzza zolağından 14 fələstinli tələbənin təhsilini davam etdirmək üçün Azərbaycana təxliyəsi təşkil edilib. Hazırda Azərbaycanda 37 fələstinli tələbə təhsil alır, onlardan 23-ü Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramının iştirakçısıdır.

 

Bunlardan başqa, 2026-cı ilin iyulunda Fələstin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyi bir daha təsdiqləyib.

 

Səfirlik, həmçinin Azərbaycanın Fələstinin Azərbaycandakı diplomatik nümayəndəliyinə maliyyə yardımı göstərməsini, Fələstin nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə iştirakına verdiyi dəstəyi və təhsil, səhiyyə sahələrində əməkdaşlığı yüksək qiymətləndirib.

 

Fələstin Dövlətinin Səfirliyi Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına göstərilən dəstəyə görə dərin minnətdarlığını ifadə edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.