Svetofor işləmədikdə hara zəng etmək lazımdır? – NİİM AÇIQLAMA YAYDI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) vətəndaşları Bakıda svetoforların işində problemlə rastlaşdıqda məlumat verməyə çağırıb.

 

Senzor.az NİİM-ə istinadən bildirir ki, vətəndaşlar nasazlıqlarla bağlı 24 saat fəaliyyət göstərən 012 590 86 02 telefon nömrəsinə zəng edə bilərlər.

 

Qeyd olunub ki, Bakı şəhərindəki svetoforlar NİİM tərəfindən idarə olunur. Paytaxtda yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem aşkarlandıqda yol polisinə məlumat verilir, nasazlığın aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə yönləndirilir.

 

Lakin müşahidə kameralarının olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlardakı nasazlıqları dərhal aşkarlamaq mümkün olmur.

 

Mərkəz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və nasazlıqların operativ aradan qaldırılması üçün vətəndaşlardan belə hallarla bağlı məlumat vermələrini xahiş edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.