Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamiya hesab edir ki, qarşı tərəf ümumilikdə Kiyevin təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.
Bu barədə “RBC-Ukraina” “Uaraz” telemarafonuna istinadən xəbər yayıb.
"İstanbulda mövqeyimizi açıqladıq. Prinsipcə, Rusiya Federasiyası artıq öz rəsmi cavabını verib, o da bundan ibarətdir ki, Krım məsələsi istisna olmaqla bizim təklif etdiyimiz bu mövqeni qəbul edirlər. Kuleba bildirdi ki, hələ rəsmi təsdiq yoxdur. O, bunun yazılı şəkildə olmasını gözləyir”, - Araxamiya deyib.
Deputat vurğulayıb ki, Rusiya Ukraynanın təkliflərinə şifahi razılıq verib: “İndi tərəflər müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməsi üzərində işləyəcəklər”.
Araxamiya qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İşçi qrupa yekun sənədi deyil, prezidentlərin ehtimal olunan görüşündə müzakirə ediləcək sualları hazırlamaq tapşırılıb.
Hazırda Kiyev Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ölkələrlə fəal iş aparır. 3 NATO ölkəsi – Türkiyə, Almaniya və İtaliya buna razılıq verib. Rəsmi Kiyev nüvə dövlətlərindən birinin də zamin olmasını istəyir. Bu məqsədlə Çinlə danışıqlar aparılır.
Türkiyədə bundan əvvəl keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti Krımın statusu ilə bağlı 15 il danışıqlar aparmaq təklifini irəli sürüb. Kreml məsələnin tezliklə müzakirəsini rədd edib.
Qeyd edilir ki, Türkiyə hakimiyyəti Zelenski ilə şəxsi görüşü zamanı Putini Krımla bağlı addımlar atmağa razı salacaq.