
Bu gün Günəşdə səkkiz güclü partlayış baş verib.
Bu barədə TASS Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, iyulun 4-ü Moskva vaxtı ilə saat 03:00-dan etibarən (Bakı vaxtı ilə 04:00-dan) Günəşdə davametmə müddəti 15-36 dəqiqə aralığında dəyişən, M1.1 və M4.1 dərəcələri arasında partlayışlar baş verib.
İnstitutun məlumatına əsasən, ötən bir sutka ərzində müşahidə edilən maqnit qasırğasının gücü G3 səviyyəsinə yüksəlib.