Putin və Tramp arasında da telefon danışığı olub - VİDEO

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında 1 saat 25 dəqiqə davam edən telefon danışığı olub və tərəflər ikitərəfli münasibətləri, Ukraynadakı vəziyyəti, ABŞ ilə İran arasındakı danışıqları, eləcə də bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

Onun sözlərinə görə, bu, ilin əvvəlindən bəri iki ölkə liderləri arasında dördüncü söhbət olub və işgüzar, konstruktiv xarakter daşıyıb.

 

Uşakov bildirib ki, Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına və sülh yolu ilə nizamlanmaya kömək etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində Putin təmas xəttindəki vəziyyətlə bağlı Rusiyanın qiymətləndirməsini diqqətə çatdırıb.

 

Bundan əlavə, Rusiya Prezidenti ABŞ və İran arasındakı danışıqların əsas məsələlər üzrə uzunmüddətli həll yolları hazırlamağa imkan verəcəyinə ümid etdiyini bildirib.

 

Putin həmçinin Trampı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib. Liderlər İkinci Dünya müharibəsi illərində iki ölkə xalqlarının müttəfiqliyinin əhəmiyyətini qeyd ediblər.

 

Uşakovun sözlərinə görə, Putin Trampa Rusiyaya səfər etmək üçün qüvvədə olan dəvəti xatırladıb. Rusiya Prezidentinin köməkçisi onu da qeyd edib ki, budəfəki telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.

[media=[media=https://www.youtube.com/watch?v=kYL1azvXENQ]]


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.