
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.