
İyunun 24-də Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə çatıb, 16 min 592 yaralı var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 16 min 309 nəfər evsiz qalıb, 856 nəfərə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 86 min 794 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9 486 ton ərzaq paylanıb.
Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.